Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Xalça ixracatında dünyada ikincidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xalça ixracatında dünyada ikincidir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə, 2013-2017 dövrünü əhatə edən 5 ildə 10,6 milyard dollarlıq xalça ixrac edib.
 

"Marja" xəbər verir ki, Beynəlxalq Ticarət Mərkəzinin (ITC) məlumatlarına görə, Türkiyə Çindən sonra dünyada ən çox xalça ixrac edən ölkə mövqeyindədir.
 

Reklam_3_11

Türkiyə 2013-də 2,2 milyard dollarlıq, 2014-də 2,3 milyard dollarlıq, 2015-də 2 milyard dollarlıq, 2016-da 1,9 milyard dollarlıq və 2017-də 2,2 milyard dollarlıq ixrac həyata keçirib. Beləliklə, 5 ildə ixrac edilən xalçaların ümumi məbləği 10,6 milyard dollara çatıb.
 

Ən çox maşınla toxunmuş xalça satılıb
 

Həmin dövrdə 9,1 milyard dollarlıq ixracla maşınla toxunmuş xaçalar ilk yeri tutub.
 

Tuftinq xalçalar 1,1 milyard dollarla ikinci yeri, əl toxuması xalçalar 400 milyon dollarla üçüncü yeri tutub.
 

Ən çox Səudiyyə Ərəbistanına xalça satılıb
 
Həmin illərdə ən çox xalça ixrac edilən ölkə 1,7 milyard dollarla Səudiyyə Ərəbistanı olub. Bu ölkənin ardınca 1,6 milyard dollarla ABŞ, 861 milyon dollarla İraq və 584 milyon dollarla Almaniya gəlir.
 

Türkiyənin 2013-2017 dövrü xalça ixracatında ən çox paya malik ölkələr və ixrac həcmləri:

 

Ölkələr                  İxracat məbləği (min dollar)
 

Səudiyyə Ərəbistanı                1.713.023
 ABŞ                                        1.558.030
 İraq                                         861.284
 Almaniya                                 583.904
 Liviya                                      484.439
 Birləşmiş Krallıq                      388.809
 BƏƏ 357.307
 Cəmi                                      10.619.869

18.03.2018 17:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ