Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft, ABŞ-da istehsalın artacağı xofu ilə düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, ABŞ-da istehsalın artacağı xofu ilə düşür

ABŞ-da neft şirkətləri axtarış fəaliyyətlərini artırıb. Bunun nəticəsində, ABŞ-da hasilat daha da arta, OPEC və tərəfdaşlarının hasilatın azaldılması müqaviləsini sual altında qoya bilər. Bu barədə narahatlığın artması ilə neft qiymətləri yüksəlişini dayandırıb.


 
"Marja" xəbər verir ki, Baker Hughes-ın Cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da aktiv neft qazma qurğularının sayı ötən həftə 4 artaraq 800-ə çatıb. Qurğuların sayı son səkkiz həftədə yeddi dəfə artıb. 


 
Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşları neft qiymətlərini qaldırmaq üçün hasilatlarını azaldırlar.

 

ABŞ-da artan hasilat OPEC və tərəfdaşlarının qiymətləri qaldırmaq səylərini zəiflədir. 

 

Rusiyanın energetika naziri Aleksandr Novak, İyun ayındakı toplantıda müqavilənin 2019-cu ilə uzadılmasının müzakirə ediləcəyini açıqlayıb. Müqavilə 2018-ci ilin sonunda başa çatacaqdır.

 
Analitiklər bildirirlər ki, ABŞ-ın xam neft hasilatının sabit bir şəkildə davam edəcəyinə dair işarələr var və bu vəziyyət OPEC-in səylərini zəiflədir. 

 

Hazırda neft qiymətləri OPEC və OPEC-ə daxil olmayan ölkələrin müqaviləyə sonuna qədər əməl edəcəklərini bəyan etmələrindən dəstək alır. 


 
Bakı vaxtı ilə 08:15-ə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 37 sent düşərək bareli 61.97 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 0,6% düşərək bareli 65.84 dollara enib.

 

ABŞ-ın xam neft hasilatı son 9 həftədə 8 dəfə artıb
 

Ölkənin xam neft istehsalındakı artım davam edib. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqlanan məlumatlarına görə, ölkənin xam neft istehsalı 3-9 Mart tarixlərində bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 12 min barel artımla 10,38 milyon barelə çatıb.
 

Bu nəticə ilə ölkənin xam neft hasilatı son 9 həftədə 8 dəfə yüksəlib.
 

EIA-nın mart ayı hesabatına görə, ABŞ-ın gündəlik xam neft hasilatının bu il 10,7 milyon barrelə yüksəlməsi, gələn il də 11,3 milyon barrelə çataraq dünyanın ən böyük xam neft istehsalçısı Rusiyanı keçməsi gözlənilir.

19.03.2018 05:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ