Tikinti materialları istehsalçıları gözəl dövranda - 40% ARTIM
Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 40,0 faiz artaraq 67,7 milyon manat təşkil etmişdir. "Marja" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Mənzil tikintisinin artması (əsasən pilot layihələr) və büdcədən investisiyaların bərpa edilməsi tikinti materialları istehsalını canlandırır.
Hörmə üçün hazır beton qarışığının istehsalı 3,9 dəfə, tikinti kərpicinin istehsalı 1,8 dəfə, sementin istehsalı 52,1 faiz artmışdır.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-fevral aylarında 133,4 milyon manatlıq məhsul istehsal olunmuş, metallurgiya sənayesində 10,0 faizlik azalma, hazır metal məmulatlarının istehsalı sahəsində isə 67,0 faiz artım müşahidə olunmuşdur. Yanvar-fevral ayları ərzində sahə üzrə 110,5 ton (2,2 dəfə çox) alüminium çubuqlar, millər və profillər, 2 100,4 ton (3,8 dəfə çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər istehsal edilmişdir.
Tikinti materiallarının istehsalı
Məhsul növləri | 2018-ci ilin yanvar-fevral aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.03.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Sement, min ton | 352,8 | 152,1 | 95,7 |
Şüşə lifindən iplik, ton | 50,5 | 49,4 | - |
Tikinti gipsi, min ton | 2,3 | 12,8 | 0,7 |
ondan əmtəəlik | 1,0 | 8,4 | 0,7 |
Tikinti əhəngi, min ton | 3,4 | 77,2 | 0,02 |
Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, min ton | 9,1 | 67,7 | 5,5 |
Betondan yığma tikinti konstruksiyaları, min kub m | 16,4 | 72,2 | 3,6 |
Asfalt, min ton | 4,0 | 91,8 | - |
Tikinti kərpici, min kub metr | 40,0 | 1,8 d. | 22,2 |
Hörmə üçün hazır beton qarışığı, min ton | 179,9 | 3,9 d. | - |
Emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, ton | 1 867,8 | 3,0 d. | 127,3 |
Məhsul növləri | 2018-ci ilin yanvar-fevral aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.03.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Metallurgiya sənayesi məhsulları | |||
Çuqun tökmə, ton | - | - | 255,6 |
ondan əmtəəlik | - | - | 255,6 |
Polad tökmə, min ton | 60,3 | 93,0 | 2,0 |
Armatur, min ton | 46,2 | 101,9 | 1,9 |
ondan əmtəəlik | 44,0 | 97,1 | 1,9 |
Polad borular, ton | 9,5 | 52,5 | - |
Emal edilməmiş alüminium ərintiləri, min ton | 4,5 | 86,4 | 0,9 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 d. əvvəl
- 8 d. əvvəl
-
12 d. əvvəl
AFBİA-nın növbəti Ümumi Yığıncağı keçirilib, mühim qərarlar qəbul edilib
-
28 d. əvvəl
SƏN DƏ "DƏSTƏK" OL! - Bütün sahibkarlar bu vacib layihəyə dəvət olunur
-
15 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
15 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
15 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
16 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
16 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 16 saat əvvəl