“Bank Respublika”dan alqışlanacaq addım! - FOTOLAR
Yurdumuza bahar təravətli Novruz gəlir. Novruz xoş ovqatdır, xoş əhvali-ruhiyyədir, arzudur, istəkdir, amaldır. Bəs bilirsinizmi Novruz bayramını ən çox kim gözləyir, arzulayır? Əlbəttə ki, balacalar!
Hər zaman sosial məsuliyyət siyasəti çərçivəsində faydalı layihələr reallaşdıran Bank Respublika bu dəfə Novruz bayramı ərəfəsində paytaxtdan kənarda yerləşən uşaq evlərində balacalar üçün "ŞƏN çərŞƏNbə" adlı sosial layihə həyata keçirdi.
Layihə çərçivəsində bankın əməkdaşları Novruz bayramının hər çərşənbə axşamı Şəki, Lənkəran və Gəncə şəhərlərində yerləşən uşaq evlərinə səfər etdilər. Ordakı balaca fidanlar üçün bayramın rəmzi olan Kosa və Keçəlin iştirakı ilə bayram şənliyi təşkil edərək onlara şən çərşənbə axşamı yaşatdılar. Maraqlı keçən şənlik uşaqlar tərəfindən böyük sevinclə qarşılandı. Uşaqlar bankın əməkdaşları ilə birlikdə müxtəlif oyunlar oynadı, şeir söylədilər, mahnılar oxudular və rəqs etdilər. Şənliyin sonunda balacalara bayram sovqatları hədiyyə edildi.
Bankdan verilən məlumata əsasən, Bank Respublika bu il həyata keçirdiyi strateqiya çərçivəsində sadəcə biznes sahəsində deyil, həmçinin sosial sahədə də müxtəlif layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib