Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

7500 dollara satılacaq - İNDİDƏN 7 MİN SİFARİŞ VERİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
7500 dollara satılacaq - İNDİDƏN 7 MİN SİFARİŞ VERİLDİ

Avtomobil də 3D printerdə istehsal olunacaq. 


"Marja" xəbər verir ki, 3D çap materialları inkişaf etdirən "Polymaker" şirkəti və İtalyanın avtomobil istehsalçısı XEV şirkəti tərəfindən birgə verilən açıqlamada, 3D printer ilə seriyalı istehsalı həyata keçiriləcək bir elektrikli avtomobil modeli hazırladıqları qeyd olunub.
 

Reklam_3_11

LSEV adı verilən avtomobilin bütün plastik parçaları 3D texnologiyası ilə istehsal edilib. Seriyalı istehsal başlamadan artıq 7000 ədəd sifariş qəbul edilib.
 

İtaliyanın poçt xidmətləri şirkəti "Posta Italiane" ilk fazada 5 min ədəd sifariş sözü verib, geri qalan 2 min sifariş isə bir texnika lizinqi şirkəti olan ARVAL tərəfindən verilib..
 

3 GÜNDƏ İSTEHSAL EDİLƏCƏK, ÇƏKİSİ YARIM TONDAN AZDIR
 

XEV tərəfindən verilən açıqlamada "Polymaker" materialları və 3D texnologiyası sayəsində avtomobillərdə istifadə edilən 2 minin üzərindəki plastik hissə sayı 57 ədədə endirilib. Beləliklə, bu seqmentdəki digər avtomobillərin 1 tonu aşan ağırlığı da yarıdan çox azaldılıb. LSEV yalnız 450 kq ağırlığındadır.
 

LSEV avtomobilində ənənəvi texnologiyaya malik olan faktorlar təkcə şasi, kreslolar və şüşədir Bu səbəbdən xərc də 70% nisbətində azalmışdır. Ənənəvi avtomobil sənayesində 5 ilə qədər çıxan dizayn prosesi də 1-ci ildə tamamlanıb.
 

İki şirkətin verdiyi açıqlamada 57 plastik parçanın istehsalının yalnız 3 gün tələb etdiyi və İtalyan XEV şirkətinin istifadə etdiyi 3D çap sisteminin gündə 25 kq material istehsal edə bildiyi qeyd edilib.

 

QİYMƏTİ 7500 DOLLARDIR
 

XEV-in İcraçı direktoru Stanley Lu, 3D printer texnologiyasının proseslər üçün böyük asanlıq təmin etdiyini söyləyib.


 
"Polymaker" şirkətinin təsisçisi və İcraçı direktoru Luo Xiaofan isə XEV-in ilk həqiqi 3D texnologiyası ilə seriyalı istehsal olcağını bildirib. Oxşar texnologiyanı istifadə edən bir çox şirkət olduğunu deyən Xiaofan ölçü və sıxlıq baxımından XEV-in müqayisəedilməz olduğuna diqqəti çəkib.


 
LSEV 7500 dollar qiymətə malikdir. Avtomobilin hələlik maksimum sürəti saatda 70 km/saatdır və bir dəfə enerji yığmaqla 150 km gedə bilir. 2019-ci ilin ikinci yarısında LSEV avtomobillərin ilk seriya istehsalına başlanacaqdır.

19.03.2018 08:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ