Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

OPEC-in baş katibi Bakıdadır - İlham Əliyev ilə görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in baş katibi Bakıdadır - İlham Əliyev ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

 

OPEC-in baş katibi Məhəmməd Barkindo səfərə dəvətə görə minnətdarlığını bildirib və Azərbaycan Respublikasının Prezidenti ilə görüşündən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Məhəmməd Barkindo ilə Davosda görüşünü məmnunluqla xatırlayaraq qeyd edib ki, OPEC-in baş katibinin dünyada ilk dəfə neftin hasil olunduğu Azərbaycana səfəri böyük önəm daşıyır.

 

Məhəmməd Barkindo xoş sözlərə görə minnətdarlığını bildirərək Azərbaycanın neft sənayesinin beşiyi olduğunu vurğulayıb və deyib ki, hər bir neftçi gəlib öz gözləri ilə Bakını görməlidir.

 

Dövlətimizin başçısı İlham Əliyev Məhəmməd Barkindonun səfərinin Azərbaycanın tarixi yerləri və müasir inkişafı ilə tanış olmaq üçün yaxşı imkan yaratdığını deyib.

 

Prezident İlham Əliyev Azərbaycan ilə OPEC arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib və ölkəmizin hasilatla bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirdiyini vurğulayıb.

 

Dövlətimizin başçısı neftin qiymətinin sabit saxlanması istiqamətində Məhəmməd Barkindonun və OPEC-in səmərəli, həmçinin koordinə edilmiş səylərini yüksək qiymətləndirib, bunu, eyni zamanda, birgə fəaliyyətin yaxşı nəticəsi kimi dəyərləndirib.

 

Məhəmməd Barkindo OPEC və qeyri-OPEC üzvlərinin bir araya gəlməsində Prezident İlham Əliyevin rolunu xüsusi qeyd edib, Azərbaycanın OPEC və qeyri-OPEC üzvlərinin əməkdaşlığı üzrə bəyanatın formalaşmasına gətirib çıxaran yüksək səviyyəli texniki komitəyə həmsədrliyini yüksək qiymətləndirib.

 

Ölkəmizin üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdiyini deyən qonaq bunun Azərbaycanın bu razılaşmaya nə dərəcə sadiq qaldığının göstəricisi olduğunu bildirib. Qeyd edib ki, bu, təkcə neft hasil edən yox, hətta istehlakçı ölkələrin marağındadır. Bu işin nəticələrini artıq neft sənayesində və dünya bazarlarında görmək mümkündür.

 

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

19.03.2018 10:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ