Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Neft hasilatının azaldılması sazişi davam etməlidir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft hasilatının azaldılması sazişi davam etməlidir"

"Hazırda Azərbaycan ilə OPEC arasında sıx əməkdaşlıq var".

 

Bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşdən sonra jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib.

 

Onun sözlərinə görə, bu əməkdaşlıq "OPEC+" formatında həyata keçirilir:

 

"Bu təşəbbüs 2016-cı ilin sonundan başlayıb. Bu təşəbbüsün əsas məqsədi dünyada beynəlxalq neft qiymətlərinin qeyri-sabit olması, neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq idi. Bu əməkdaşlıq çərçivəsində ötən dövr ərzində neftin qiymətinin müəyyən qədər yuxarı qalxması və ən əsası onun sabitləşməsi, eyni zamanda neft bazarının tarazlaşmasına nail olunub. Bütün bu nailiyyətlər dünyada baş verən iqtisadi proseslərin daha sabit formada həyata keçirilməsi, ölkələrin iqtisadi vəziyyətinin sabitləşməsinə xidmət edib".

 

P.Şahbazov vurğulayıb ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşdə bu təşəbbüsün gələcəkdə də davam etdirilməsi məsələsi müzakirə edilib: "Görüşdə bu təşəbbüsün daim qüvvədə qalması üçün müəyyən platformaların yaradılması və bu istiqamətdə digər ölkələrlə məsləhətləşmələrin aparılması və lazımı qərarların verilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb".

 

© APA

19.03.2018 12:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ