Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Sığorta bazarında 25%-dən çox artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarında 25%-dən çox artım

2018-ci ilin yanvar-fevral ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 130.2 mln. manat məbləğində sığorta haqları toplanmış, 40.5 mln. manat məbləğində sığorta ödənişi aparılmışdır. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasndan bildirilib.

 

Qeyd edək ki, ötən ilin eyni dövründə 103 milyon 796 min manat sığorta haqları toplanmış, 43.85 milyon manat sığorta ödənişləri həyata keçirilmişdi. Beləliklə, sığorta bazarı 25,4% artıb

 

Könüllü sığorta bazarı üzrə haqlar 106.8 mln. manat, ödənişlər isə 29.6 mln. manat təşkil etmişdir. İcbari sığorta bazarı üzrə haqlar 23.4 mln. manat, ödənişlər isə 10.9 mln. manat olmuşdur.

 

2018-ci ilin yanvar-fervral ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 82%-i könüllü, 18%-i isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşmışdır.

 

2018-ci ilin yanvar-fevral ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

19.03.2018 14:16

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ