Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Renessans Palace” binalarından biri sakinlərin ixtiyarına verildi - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Renessans Palace” binalarından biri sakinlərin ixtiyarına verildi - FOTOLAR

“AS Qrup İnvestment” şirkətinin Bakının Yasamal rayonunda inşa etdiyi premium seqment yaşayış kompleksi “Renessans Palace”da mənzillərin açarları mülklərin sahiblərinə təqdim olunub.

 

Reklam_3_11

Dörd binadan ibarət kompleksin korpuslarından birincisi 17 mart tarixində təmir işləri apara bilmələri üçün mənzil sahiblərinə təhvil verilib.

 

Açarların təqdimatı üçün “Renessans Palace” yaşayış kompleksində təmirə təhvil veriləcək korpusda həmin binanın sakinlərinin iştirakı ilə rəsmi və bədii hissədən ibarət  xüsusi tədbir keçirilib. Təqdimatda çıxış edən “AS Qrup İnvestment” nümayəndələri təmir üçün yaradılan şəraitdən və mənzil sahiblərinin təmiri zamanı təhlükəsizliyə əməl etməli olduqları şərtlər barədə məlumat veriblər.

 

“AS Qrup İnvestment” şirkətindən bildirildi ki, 2 ay fasilə ilə payızadək bütün korpusların təmirə təhvil verilməsi nəzərdə tutulub. Sentyabr ayında keçirilməsi planlaşdırılan “Grand Opening” (Böyük Açılış) tədbiri ilə “Renessans Palace” premium yaşayış kompleksində artıq yaşayış üçün icazə veriləcək.

 

İnfrastrukturunda, binanın keyfiyyətində və digər xüsusiyyətlərdə premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir.

 

3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,6 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı park olacaq. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd sürətli “Mistubishi” markalı liftlər quraşdırılıb. Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq –  3.45 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı pəncərələr olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.

19.03.2018 15:08

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ