Sürücüsüz avtomobil ilk dəfə insan öldürdü

UBER, sürücüsüz avtomobil testlərini dayandırdı


 

Uber-in, ABŞ-ın Arizona ştatında sınaqlarını keçirdiyi sürücüsüz avtomobilin bir piyadanı vurduğu və qəza nəticəsində bir qadının öldüyü açıqlanıb.

 

"Marja" xəbər verir ki, Tempe şəhərində baş verən hadisədə, piyada keçidi kənarında getməkdə olan qadını Volvo markalı Uber avtomobili vurub.

 
Uber, hadisədən sonra San Fransisko, Toronto və Pittsburq başda olmaqla bütün sürücüsüz avtomobil testlərinin dayandırıldığını da açıqlayıb.

 

Qəzaya səbəb olan Uber avtomobilinin avtonom (sürücüsüz) rejimdə hərəkət etdiyi təsdiqlənib.
 

Uber-in sürücüsüz avtomobili fevral ayında da bir başqa maşınla toqquşmuşdu.
 

20 Mart 2018 , 16:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin