“Mətanət A” əməkdaşlarını növbəti dəfə təltif etdi

İnşaat materiallarının istehsalı sektorunda daim fərqlənən “Mətanət A” korporativ sosial məsuliyyət sahəsində də nümunəvi şirkətdir.

 

18 illik fəaliyyəti dövründə əməkdaşlarının rifağının yüksəlməsi, həyat şəraitlərinin yaxşılaşdırılması, iş mühitinin yüksək beynəlxalq tələblərə uyğunlaşdırılması və s. – “Mətanət A” Şirkətinin əsas hədəflərindəndir.

 

Şirkət bu istiqamətdə çoxsaylı tədbirlər keçirmiş, bu sahədə daim təkmilləşdirmə işlərini həyata keçirib. Bu il də istisna deyil. Novruz Bayramı ərəfəsində Şirkətin 2017-ci ildə fərqlənmiş 14 əməkdaşı müxtəlif nominasiyalar üzrə təltif edilmişdir.

 

Şirkətin rəhbəri Elxan Bəşirovun da iştirak etdiyi tədbirdə bildirilib ki, yüzlərlə insanın çalışdığı “Mətanət A” Şirkətində əməkdaşların fəaliyyəti üçün bütün lazımı şərait yaradılıb və bu şərait günü-gündən təkmilləşdirilərək, daha da yaxşılaşdırılır.

 

Əməkdaşlar peşəkar səviyyələrinin yüksəldilməsi məqsədi ilə maliyyəsi Şirkət tərəfindən təmin edilən müxtəlif treninq və kurslara göndərilir, xarici ölkələrdə təşkil edilən konfranslara qatılırlar. Fərqlənmiş əməkdaşlar isə mütləq şəkildə premiya ilə mükafatlandırılırlar. Bu, həmkarlar arasında sağlam rəqabət mühitinin formalaşmasına səbəb olur.

 

Bir sözlə, Şirkət rəhbərliyi əməkdaşlarının həvəslə və yüksək səviyyədə işlərinin icrası üçün hər bir tədbir görür. Əməkdaşlar isə buna cavab olaraq, sadiqliyi və peşəkarlığı ilə seçilirlər. “Mətanət A” ailəsində olan məhz bu peşəkar və təqdirə layiq abu-hava, qarşılıqlı hörmət və dəstək, rəhbərliyin stimullaşdırıcı tədbirləri Şirkəti illədir ki, böyük uğurlara imza atmağına zəmin yaradır. Yarandığı ilk gündən əməkdaşlarını hər zaman diqqət və qayğısında saxlayan “Mətanət A” Şirkəti bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

 

20 Mart 2018 , 17:13   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin