Dünyada bazar dəyəri ən yüksək ikinci şirkət oldu

ABŞ-ın elektron ticarət nəhəngi Amazon, Google-un ana şirkəti Alphabet-i keçərək dünyanın bazar dəyəri ən yüksək ikinci şirkəti oldu.
 

"Marja" xəbər verir ki, Nyu-York Birjasında əməliyyat görən Amazon-un səhmləri bu gün 2,7 faiz bahalaşıb, Birjanın bağlandığı saatda şirkətin bazar dəyəri 768 milyard dollar olub.
 

Digər tərəfdən, Alphabet-in səhmləri bu gün 0,4 faiz ucuzlaşıb və şirkətin bazar dəyəri 761 milyard dollara geriləyib.
 

Bu nəticə ilə, Amazon, Alphabet-i keçərək dünyanın bazar dəyəri ən yüksək ikinci şirkəti mövqeyinə yüksəlib.
 

ABŞ-ın texnologiya nəhəngi Apple isə 889 milyard dollarlıq bazar dəyəri ilə dünyanın ən qiymətli şirkəti mövqeyindədir.
 

Təsisçisinin sərvəti 3,3 milyard dollar artıb
 

Amazon səhmlərinin bahalaşmasından sonra şirkətin təsisçisi və rəhbəri (İcraçı direktor) Cef Bezosun da şəxsi sərvətində artım görülüb.
 

Dünyanın ən varlı adamı olan və Amazon səhmlərinin təxminən 17%-nə malik olan Bezos sərvətinə bu gün 3,3 milyard dollar əlavə edib.
 

Beləliklə, Forbesin "Dünyanın Milyarderləri Siyahısına" görə, Bezosun sərvəti bu gün 131,1 milyard dollara yüksəlib.
 

Amazon, 151 milyard dollarlıq dəyəri dünyanın ən qiymətli markasıdır.

21 Mart 2018 , 12:12   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin