Kritik gün çatdı - AXŞAM MÜHÜM QƏRAR AÇIQLANACAQ

Qlobal bazarlar bu axşam Bakı vaxtı ilə 22:00-da açıqlanacaq Fed-in faiz qərarına fokuslanıb.
 

"Marja" xəbər verir ki, yeni sədr Jerome Pauell-ın sədrliyi ilə keçiriləcək ilk iclasda faizin 25 bənd artırılaraq 1,50-1,75%-ə qaldırılacağı gözlənilir.

 

09% KOMİSSİYA İLƏ PUL KÖÇÜRMƏLƏRİ

 

Faizin artırılmasından da önəmli olan, bu il faizin neçə dəfə artırılmasıdır. Fed bu ana qədər 2018-də 3 dəfə faiz artımının nəzərdə tutulduğunu bəyan edib. Bu sayın 4 dəfəyə qaldırılacağı gözlənilir. Belə olan halda Dollar bahalaşa bilər.

 

ABŞ Mərkəzi Bankının (Fed) faiz qərarından sonra (22:30-da) keçiriləcək mətbuat konfransında sədr Jerome Pauell çıxış edəcək və jurnalistlərin suallarını cavablandıracaqdır. Sədrin 3, yoxsa 4 dəfə faiz artırımına işarə edəcəyi maraqla gözlənilir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

"Fed-in faizləri 1,50-1,75 faiz aralığına qaldıracağına qəti gözlə baxılır. Daha əvvəl bu il üçün 3 dəfə olaraq açıqlanan faiz artımı proqnozunun 4 dəfəyə qaldırılması, başda inflyasiya olmaqla iqtisadi proqnozların yüksəldilməsi və iqtisadiyyata olan etimadın təkrarlanması inkişaf etməkdə olan bazarlar başda olmaqla bazarları narahat edə bilər. Fed sədri Pauellin bəyanatları ilin qalanına dair siqnallar alınması baxımından diqqətlə izlənəcək",- analitiklər bildirir.

21 Mart 2018 , 12:54   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin