Aksessuar nəhəngi iflasın astanasında
ABŞ-ın "Clarie's" şirkəti, 1,9 milyard dollarlıq borc yükünü yüngülləşdirmək üçün iflasdan qorunma müraciətini edib.
"Marja" xəbər verir ki, sırğa və aksessuar mağazaları şəbəkəsi "Clarie's", ağır borc yükündən xilas olmaq üçün iflasdan qorunma müraciətini edib.
"Clarie's"dən verilən açıqlamada, 1,9 milyard dollarlıq borcun geri ödəmə müddətinin uzadılması istəndiyi qeyd olunub. "Clarie's" sentyabrda daha "sağlam" bir şirkət olaraq yoluna davam etməyi planlaşdırır.
Dünya miqyasında 100 milyondan çox müştəriyə malik olan şirkətdən verilən açıqlamada, iflasdan xilas olacaqlarına inandıqları ifadə edilib.
Həmçinin açıqlamada, "Elliott Management" və "Monarch Alternative Capital" kimi hedc fondlardan möhlət planı alındığı qeyd olunub. Şirkət, heç bir mağazasını bağlamayacağını da bildirib.
45 ölkədə 7 min 500 nöqtədə xidmət göstərən "Clarie's", 17 min adamı işlə təmin edir. Şirkətin 5 min 300-dən çox mağazası ABŞ-da yer alır.
TOYS "R" US BAĞLANIR
2017-ci ilin Sentyabr ayında iflasın təxirə salınması müraciətini edən oyuncaq nəhəngi "Toys "R" Us", şirkətə alıcı tapa və borc möhlətində razılığa gələ bilməmişdi. Şikət 15 Martda verdiyi açıqlamada, ABŞ-dakı bütün işlərinin ləğv olunacağını bildirmişdir. "Toys "R" Us"ın ABŞ-dakı 740 mağazasının hamısı bağlanacaq və 30 min şəxsi heyət işdən çıxarılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 d. əvvəl
- 9 d. əvvəl
- 22 d. əvvəl
-
25 d. əvvəl
Unibank biznes sahibləri üçün “Bahar endirimi” kampaniyası keçirir
-
35 d. əvvəl
MDB ölkələri arasında ilk olaraq İFRS 17 standartına keçid edən həyat sığorta şirkəti
- 37 d. əvvəl
- 49 d. əvvəl
-
58 d. əvvəl
İrana gedən Azərbaycan vətəndaşlarının sayında daha böyük artım olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu
- 1 saat əvvəl