Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Neftin qiyməti "geosiyasi risklər" ilə 70 dollara yaxınlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin qiyməti "geosiyasi risklər" ilə 70 dollara yaxınlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft investorların geosiyasi riskləri qiymətləndirmələri ilə bahalaşıb.
 

"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın ABŞ səfəri başlayıb. Səfər ərəfəsində ABŞ Prezidenti Donald Trump, ölkəsinin İranın nüvə proqramının dayandırılması haqqında müqavilədən çıxa biləcəyinə işarə edib. Belə bir qərar, OPEC üzvü İranın neft ixracının sanksiyalar səbəbindən dayandırılması ilə nəticələnə bilər.  

 

"Bazarda geosiyasi risklər və qeyri-müəyyənliklər, ABŞ və Səudiyyə Ərəbistanının İranı təcrid etmək məsələsində eyni maraqda olmaları ilə artır" - analitiklər bildirir.

 

Bakı vaxtı ilə saat 14:50-yə olan məlumata görə, Brent nefti bu gün 1%-dən çox bahalaşaraq 68,12 dollara qalxıb. Ötən həftə Brent nefti 63-64 dollar səviyyələrinə düşmüşdü.

21.03.2018 11:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ