Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

ABŞ-ın xam neft ehtiyatları azalıb - NEFT DAHA DA BAHALAŞDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları azalıb - NEFT DAHA DA BAHALAŞDI

 ABŞ-da kommersiya xam neft ehtiyatları ötən həftə 2,6 milyon barrel azalıb.



 
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 2,6 milyon barrel (0,6 faiz) azalaraq 428,3 milyon barrelə gerilədiyini açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 2,6 milyon barrel artması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 5 milyon barrel qalxmışdı.
 

Reklam_3_11

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 665,5 milyon barreldə sabit qalıb.
 
 
ABŞ-ın həftəlik benzin ehtiyatları da keçən həftə 1,7 milyon barrel (0,7 faiz) azalaraq 243,1 milyon barrelə enib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 2 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 6,3 milyon barrel azalma göstərmişdi.
 

Xam neft hasilatı son 10 həftədə 9 dəfə yüksəlib
 

ABŞ-ın xam neft idxalı da keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 508 min barrel azalma ilə 7,08 milyon barrelə geriləyərkən, xam neft ixracı isə gündəlik orta hesabla 86 min barel artımla 1,57 milyon barelə çatıb.
 

ABŞ-ın xam neft hasilatı keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 26 min barel artımla 10,41 milyon barelə yüksəlib. Bu nəticə ilə, ölkənin xam neft hasilatı rekord səviyyəyə çatıb. ABŞ-da xam neft hasilatı son 10 həftədə 9 dəfə artım göstərmişdir.
 

EIA-nın Mart ayı hesabatına görə, ölkənin builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel, gələn il xam neft hasilatının da gündəlik orta hesabla 11,3 milyon barrel olması nəzərdə tutulur.

 

ABŞ-ın kommersiya xam neft ehtiyatlarında azalma ilə əlaqədar olaraq qlobal bazarda xam neft qiymətləri yüksəlib.
 

Brent növü nefti 69,23 dollara, ABŞ-ın Qərbi Texas (WTI) nefti isə 65,11 dollara qalxıb.
 
 

Beləliklə, hər iki neft növ qiymətindəki gündəlik artım həmin saatda təxminən 2,5 faiz olub.
 
 

Dünən, neft qiymətləri  2%-dən çox artım qeyd etmişdi.

21.03.2018 18:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ