Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Telegram Rusiyada qadağan oluna bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Telegram Rusiyada qadağan oluna bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiyaya Nəzarət Təşkilatı (Roskomnadzor), ani mesajlaşma tətbiqi Telegram-ın qadağan olunacağını bildirib.
 

"Marja" xəbər verir ki, "Roskomnadzor"un internet saytından verilən açıqlamada, son dövrlər populyar proqram olan və rusiyalı sahibkar Pavel Durov tərəfindən yaradılan Telegram-ın Rusiya qanunlarına tabe olmaq üçün 15 günlük müddətinin olduğu, əks təqdirdə Rusiyada qadağan olunacağı bildirilib.
 

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram-da aparılan yazışmalara nəzarət etmək və bunun üçün Telegram proqramına çıxış səlahiyyəti tələb edir. Telegram isə bu tələbi rədd edib.  
 

Telegram-n banisi Durov, Twitter üzərindən etdiyi açıqlamada, "Telegram, bağlanmasına dair təhdidlərə baxmayaraq, məxfilik siyasətini qorumağa davam edəcəkdir. Telegram azadlıq və məxfilik hüquqlarını müdafiə edəcəkdir", -açıqlamasını edib.
 

Aylıq 100 milyonun üzərində aktiv istifadəçisi olan Telegram proqramı, dünyanın ən populyar ani mesajlaşma tətbiq etmələri arasında yer alır.

22.03.2018 06:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ