Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Məşhur market kənd sakinlərini təəccübləndirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşhur market kənd sakinlərini təəccübləndirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Kəndimizdəki  dükanların satdıqları məhsullar hədsiz dərəcədə baha olduğuna görə burdan bazarlıq etmək kənd camatına sərf etmir”.


 

Reklam_3_11

"Topdan qiymətinə pərakəndə satış" şüarı ilə fəaliyyət göstərən OBA marketlər şəbəkəsi kənd əhalisinin xahişini yerinə yetirib.

 

Şəbəkənin yaydığı məlumata görə, Şabran rayonunun Ağalıq kənd sakinləri http://www.obamarket.az/  rəsmi saytı vasitəsilə OBA-ya müraciət ediblər.

 

Məkubda deyilir:

 

“Salam OBA marketlər şəbəkəsi. Sizdən bir xahişimiz var. Biz Şabran rayonu Ağalıq kəndində yaşayırıq. Bizim kəndimizin 7000-7500 əhalisi var. Bizim kənddə sizin OBA marketinizə böyük ehtiyacimiz var. Bizim kənddə 5-6 yaxin xırda dükanlarımız var. Ancaq o dükanların satdıqları məhsullar hədsiz dərəcədə baha olduğuna görə burdan bazarlıq etmək kənd camatına sərf etmir. Biz bazarlıq etmək üçün ya Şabran rayonunda yada Xaçmaz rayonunda yerləşən OBA marketlər şəbəkəsinə gedəsi oluruq. Bizim kəndin 97%-98 % əhalisi OBA marketlər şəbəkəsindən bazarlıq edir. Sadəcə olaraq ora getmək yükləri gətirmək, taksi tutmaq bizim əhali üçün çox əziyyət çəkir. Sizdən bir xahişimiz budur ki bizim kəndimizdə balacada olsa OBA market dükanlar şəbəkəsinin bir dükanını açardınız. Biz OBA marketlər şəbəkisinin müştərisiyik və sizin marketlər çox məmnunuq. Bizim kənddədə OBA marketlər şəbəkisinin bir filialı olmağına çox şad olardıq. Mən ozüm bu kənddə yaşayıram. Dükanın açılmasında başqa nə lazım olsa cannan başnan kömək etməyə hazıram. Oxuduğunuz üçün təşəkkür edirik və sizdən şad bir xəbər gözləyirik”.

 

Daxil olan bu məktubdan sonra OBA market kollektivi Şabran rayon Ağalıq kəndinə yollanıb, yerli sakinlərlə görüşüblər. Market üçün uyğun yer müəyyənləşdirərək kənd əhalisinin səsinə səs verilib.20 mart 2018-ci il tarixində Novruz hədiyyəsi olaraq Ağalıq kəndində OBA market fəaliyyətə başlayıb.

 

Qeyd edək ki, OBA marketlər şəbəsində satılan məshsulların qiymətinin ucuz olmasının əsas səbəbi məhsulların istehsalçıdan birbaşa istehlakçıya arada heç bir vasitə olmadan çatdırılmasıdır. Şəbəkə yaradılan keyfiyyətə nəzarət sistemi nəticəsində satılan məhsulların keyfiyyətinə hər zaman diqqət edir, alıcılara kefiyyətdə və dadda digər markalardan geri qalmayan gündəlik tələbat məhsulları təqdim edir.

 

Avropa təcrübəsindən yararlanaraq ölkəmizdə ilk “Discount” marketlər şəbəkəsini yaradan OBA Azərbaycanın bütün bölgələrində, kəndlərində müştərilərinə xidmət göstərməyi hədəfləyir.

23.03.2018 12:18

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ