Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

2500 nəfərdən çox turist həm istirahət edib, həm də müalicə alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
2500 nəfərdən çox turist həm istirahət edib, həm də müalicə alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Respublikanın beynəlxalq turizm mərkəzlərindən olan Naftalanın istirahət məkanlarında Novruz tətili günlərində boş yer olmayıb. Buradakı “Chinar”, “Gashalti Health Hotel” və “Garabag Resort & SPA” otellərində Novruz bayramı və sonrakı ilk 3 gün ərzində 2 min 500 nəfərdən çox turist həm istirahət edib, həm də müalicə alıb.

 

Naftalan Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev bildirib ki, bu kurort-sanatoriya və əyləncə mərkəzlərində istirahət edən turistlərdən 350 nəfəri müxtəlif ölkələrdən gələn xarici turistlər olub. Həmin turistlər içərisində Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkiyə və İsrail vətəndaşları üstünlük təşkil edib.

 

Novruz bayramı günlərində Naftalan şəhərindəki bütün istirahət-sağlamlıq və əyləncə mərkəzlərində qonaqlar üçün açıq havada yarmarka təşkil edilib. Daha sonra Novruz bayramı münasibətilə şou proqram nümayiş olunub. Rəqs qruplarının çıxışı, müğənnilərin ifası və müxtəlif əyləncəli proqramlar, eləcə də Novruz atributlarının təqdimatı xarici turistlərin istirahətini daha da mənalı və yaddaqalan edib.

 

© Azərtac

26.03.2018 07:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ