Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avronun 1.2531 dollaradək bahalaşacağı proqnozlaşdırılır - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avronun 1.2531 dollaradək bahalaşacağı proqnozlaşdırılır - GÜNƏ BAXIŞ

Dünya birjalarında avro, funt sterlinq bahalaşır, dollar isə təzyiq altında. Xammal bazarlarında neft və qızıl qiymətləri də dəyər qazanmaqdadırlar.


 

EUR

Dünya birjalarında EUR/USD məzənnəsi yenidən bahalaşaraq, 1.2370$-ın üzərində ticarət edilməkdədir və 1.2419$, 1.2531$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Qeyd etmək lazımdır ki, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, avroya olan tələbin də artmasına səbəb olur.

 

GBP

GBP/USD məzənnəsi də 1.4160$-ın üzərində ticarət edilməkdədir. Burada da təhlillərə əsasən, qiymət 1.4218$-a kimi bahalaşarsa, artım dalğasının 1.4345$-a kimi güclənə biləcəyi proqnozlaşdırılır. Maliyyə bazarlarında İngiltərə Mərkəzi Bankının növbəti dəfə faiz artımına gedə biləcəyi gözləntilərinin artması, funt sterlinqin bahalaşmasına təsir edir.

 

TRY

Türkiyə bazarlarında USD/TRY məzənnəsi 4.03TL-ə kimi bahalaşdıqdan sonra  3.97TL-ə kimi ucuzlaşıb. Beləliklə, qiymət 4.00TL-nin altında qaldıqca, ucuzlaşma 3.94TL-ə kimi də davam edə bilər.

 

OIL

Enerji bazarlarında da neft qiymətlərində müsbət tendensiya davam etməkdədir. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 71$-a kimi dəyər qazanıb və qiymət bu səviyyənin üzərində möhkəmələnərsə, 73$ və 75$-a kimi də dəyər qazana bilər.

 

GOLD 

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1348$-a (43.2 $/qram) ticarət edilir və 1361$ (43.7 $/qram), 1366$-a (43.8 $/qram) kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.

 

 İŞ SAATINDAN SONRA ƏLAVƏ GƏLİR QAZANA BİLƏRƏM? - ƏTRAFLI

 


Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

26.03.2018 07:37

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ