Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sosial mənzillər üçün növbəti iclas

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sosial mənzillər üçün növbəti iclas

Fevralın 27-də Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "MİDA" MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Reklam_3_11

Qurumdan verilən məlumata görə, iclasın gündəliyinə uyğun olaraq ilk növbədə MMC-nin direktorunun ötən müddət ərzində şirkət tərəfindən görülən işlər barədə hesabatı dinlənilib.

 

Hesabat əsasən MİDA-nın ilk layihəsi olan Yasamal yaşayış kompleksinin layihələndirilməsi və tikintisi üzrə görülmüş tədbirləri, inşa olunacaq mənzillərin ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş “MİDA” MMC-nin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq satışına hazırlıq işlərini və bir sıra digər təşkilati məsələləri əhatə edib.

 

Tədbir çərçivəsində həmçinin "MİDA" MMC-nin 2017-ci ildə perspektiv inkişafının əsas istiqamətləri Müşahidə Şurası tərəfindən təsdiq olunaraq, bununla bağlı fəaliyyət planının hazırlanması və icrasının təşkili üzrə cəmiyyətə tapşırıqlar verilib.

 

Qarşıya qoyulan əsas vəzifələr arasında cari ilin 1 may tarixində istifadəyə veriləcək "Güzəştli mənzil" elektron sisteminin səmərəli fəaliyyətinin təmin edilməsi prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib.

 

Bununla yanaşı, güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, qeydiyyat prosesi, tələb olunan sənədlər və ödəniş şərtləri ilə bağlı ictimaiyyətin ətraflı məlumatlandırılmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb, bu istiqamətdə müvafiq tapşırıqlar verilib.

 

Eyni zamanda, müraciət edən vətəndaşların məmnunluğu səviyyəsinin "MİDA" MMC-nin işinin əsas keyfiyyət göstəricilərindən biri olduğu vurğulanıb, vətəndaşlara göstəriləcək xidmətlərin müvafiq standartlara uyğun şəkildə təşkili ilə bağlı da məsələlərə toxunulub.

 

Müşahidə Şurası tərəfindən, həmçinin daxili audit şöbəsinin işinin təşkili ilə bağlı bir sıra qərarlar qəbul edilib, habelə MMC-nin 2016-cı ildə maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparacaq təşkilatın seçilməsi ilə bağlı keçirilmiş kotirovka sorğusunun nəticələri dəyərləndirilib və “Pricewaterhouse Coopers Audit Azerbaijan” şirkəti “MİDA”-nın kənar auditoru qismində təyin edilib.

30.01.2017 08:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ