Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Pambıq cüzi valyuta gətirir, istəyimiz işsizliyi aradan qaldırılmaqdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Pambıq cüzi valyuta gətirir, istəyimiz işsizliyi aradan qaldırılmaqdır"

Pambıqçılığın işsizliyin aradan qaldırılmasına böyük dəstəyi var. Biz bunu keçən il görmüşük. Qeyd etdiyim kimi, 200 minə yaxın insan işlərə cəlb edilib. Bu il ən azı bu qədər insan işlərə cəlb edilməlidir və əlbəttə ki, zəhmətkeşlərin iş şəraiti lazımi səviyyədə təşkil olunmalıdır. Tarla düşərgələri, içməli su ilə, nəqliyyatla təminat lazımi səviyyədə olmalıdır. Həm tədarükçü şirkətlər, həm yerli icra orqanları bu sahəyə xüsusi diqqət göstərsinlər.

 

Bunu Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

 

Burada da qeyd edildi, dövlət tərəfindən ayrılan subsidiyaların çox böyük təsiri olmuşdur. Yəni, 10 qəpik subsidiya böyük dəstəkdir. Eyni zamanda, biz pambığın satınalma qiymətini tədricən artırmışıq, 41 qəpikdən 60 qəpiyə qaldırmışıq. Biz bunu ona görə edirik ki, vətəndaşlar daha çox pul qazansınlar. Yəni, bizim əsas məqsədimiz bundan ibarətdir. Əlbəttə, pambıq ixracyönümlü məhsuldur və ölkəyə valyuta gətirir. Ancaq əgər biz ümumi valyuta gəlirlərimizi nəzərə alsaq, pambıqdan əldə olunan gəlir onun cüzi faizini təşkil edir. Yəni, bu, maliyyə baxımından o qədər də böyük əhəmiyyət daşıyan sahə deyil. Ona görə pambıqçılığın inkişafı bizim üçün, ilk növbədə, sosial amildir, sosial sahənin gücləndirilməsidir və yəni, işsizliyin aradan qaldırılması istiqamətində bunun çox böyük faydası var. Bu subsidiyaların verilməsi, alış qiymətinin artırılması yenə də bizim sosial siyasətimizi göstərir. Biz istəyirik ki, vətəndaşlar daha da çox pul qazansınlar. Tarlalarda işləyən o vətəndaşlar, əlbəttə, fermerlər daha çox pul qazansınlar və onların rifah halı yaxşılaşsın.

26.03.2018 18:21

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ