Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Belarus Azərbaycana daha çox meyvə-tərəvəz göndərməyə hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Belarus Azərbaycana daha çox meyvə-tərəvəz göndərməyə hazırlaşır

2018-ci ildə Belarus Asiya ölkələrinə bitkiçilik məhsullarının ixracını artırmağı planlaşdırır.

 

BELTA agentliyi xəbər verir ki, bunu Belarusun kənd təsərrüfatı və ərzaq nazirinin müavini Vladimir Qrakun keçirdiyi mətbuat konfransında bildirib.

 

Nazir müavini deyib: “Düşünürəm ki, bütün hallarda Rusiyaya tədarük edəcəyimiz məhsul həcminin 2017-ci il səviyyəsindən az olmamasına çalışacağıq. Lakin digər ölkələrə - Azərbaycan, Özbəkistan, Gürcüstan və Çinə də məhsul ixracını artıracağıq”. 

 

Söhbətin kartof, tərəvəz və meyvə ixracından getdiyini xatırladan V.Qrakun əlavə edib ki, Rusiya əlavə məhsula ehtiyac duyarsa, Belarus buna hazırdır. 2017-ci ildə 380 min ton kartof ixrac olunub ki, bu, nazir müavininin sözlərinə görə, ötən illərin göstəricilərindən olduqca çoxdur. Belarus kartofu Rusiya, Özbəkistan, Azərbaycan və daha az həcmdə Serbiyaya göndərilib. Nazir müavini onu da əlavə edib ki, ixracatın artması əsasən kartofçuluq, tərəvəzçilik və meyvəçiliyin inkişafı üzrə proqramın vaxtında həyata keçirilməsinin nəticəsidir.

 

O diqqətə çatdırıb ki, kartof, tərəvəz və almanın saxlanması üçün anbarların tikintisinə nail olunub və bunun sayəsində bütün mövsümlərdə ticarəti həyata keçirmək və məhsul ixracını artırmaq mümkündür.

 

© Azərtac

26.03.2018 20:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ