Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Ən pis vəziyyət "Standard Insurance"dadır - 7 ŞİRKƏTDƏ GERİLƏMƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən pis vəziyyət "Standard Insurance"dadır - 7 ŞİRKƏTDƏ GERİLƏMƏ

Bu ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 13-nün yığımları illik müqayisədə artıb, 7-nin yığımları azalıb, 1 şirkət ("Naxçıvan Sığorta") isə ötən ilin yanvar-fevral aylarında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

 

Reklam_3_11

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

 

Hesabata əsasən, ötən ay yığımları ən çox artan şirkət "Azərbaycan Sənaye Sığorta"dır. Bu şirkət hesabat dövründə 1,484 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 3,9 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "AXA MBASK"dır. Bu şirkətin daxilolmaları ötən 2 ayda 5,347 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,2% çoxdur.

 

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "Standard Insurance"dadır. Bu şirkət 2 ay ərzində 1,005 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 68,5% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "İpək Yol Sığorta" şirkətindədir. Bu şirkətin yığımları 7,65% azalaraq 4,201 milyon manata düşüb.

 

16 ŞİRKƏTİN ÖDƏNİŞLƏRİ ARTIB

 

Bu ilin yanvar-fevral ayının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 16-nın ödənişləri illik müqayisədə artıb, 4-nün ödənişləri azalıb və 1 şirkət ("Naxçıvan Sığorta") 1 il bundan əvvəl bazarda olmadığı üçün isə onların ödənişlərində dinamika qeydə alınmayıb.

 

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "İpək Yolu Sığorta"dır. Bu şirkət hesabat dövründə 324 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 75,2 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə "AXA MBASK"dır. Bu şirkətin ödənişləri ötən 2 ayda 1,737 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,9% çoxdur.

 

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta"dadır. Bu şirkət 2 ay ərzində 1,025 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4,65% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Həyat Sığorta" şirkətindədir. Bu şirkətin ödənişləri 68,1% azalaraq 5,461 milyon manata düşüb.

2017-ci ilin yanvar  fevral ayları üzrə hesablanmış sığorta haqları
və sığorta ödənişləri haqqında
M  Ə  L  U  M  A  T
(təcili məlumatlar əsasında)

  

(manatla)

Sığortaçının adı

Sığorta Haqları

Sığorta Ödənişləri

“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti

1 077 119,37

1 075 056,18

“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

4 548 948,82

1 688 151,43

“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti

1 342 614,86

529 868,48

“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

4 644 734,47

17 135 831,76

“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

5 083 208,39

2 319 544,12

“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti

3 019 521,07

1 242 319,23

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti

5 074 193,00

1 709 357,00

“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti

379 468,04

464 067,29

“Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti

0,00

1 335,05

“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti

173 777,85

60 946,59

“Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti

20 503,48

12 738,02

“Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti

0,00

166 749,85

“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti

362 969,60

56 608,15

“Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti

4 243 487,49

362 164,93

“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti

12 549 975,57

6 787 401,47

“Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti

44 234 193,85

6 119 304,09

“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

3 126 218,54

2 320 381,48

“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti

55 191,43

58 941,67

“Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

3 186 646,64

1 260 281,13

“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti

834 775,07

471 899,80

“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti

2 543 908,89

7 160,00

“İPƏK YOLU SIĞORTA” ASC

7 287 673,11

4 314,55

“Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti

7 809,31

4 100,00

YEKUN

103 796 938,85

43 858 522,27

 

© Renkinq

27.03.2018 05:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ