Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bitkilərin sığortası üzrə zərərlilik 1000%-dir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitkilərin sığortası üzrə zərərlilik 1000%-dir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə 6 444 manat sığorta haqqı toplanılıb.

 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

 

Məlumata görə, qeyd olunan sığorta növü üzrə həyata keçirilmiş sığorta ödənişləri isə bundan, təxminən, 10 dəfə çox – 64 371 manat olub. Başqa sözlə, kənd təsərrüfatı bitkilərinin sığortası üzrə zərərlilik, təqribən, 1 000%-dir.

 

İki ay ərzində qalan bütün sığorta növləri üzrə yığımları ödənişləri üstələyib. Bəzi sığorta növlərində zərərlilik nisbətən yüksək olub. Belə ki, ödəniş-yığım nisbəti hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasında 94%, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 72%, həyatın yaşam sığortasında 59%, avtonəqliyyat vasitələrinin könüllü sığortasında 43% təşkil edib. 

 

© “Renkinq”

27.03.2018 05:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ