Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sığorta bazarı bir neçə əldə cəmləşir - TƏMƏRKÜZLƏŞMƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarı bir neçə əldə cəmləşir - TƏMƏRKÜZLƏŞMƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda toplanmış 131,347 milyon manat sığorta haqqının 62,35%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" şirkətlərinin payına düşüb.  

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistika hesabata görə, "PAŞA Holdinq"ə daxil olan bu şirkətlər müvafiq olaraq 49,454 milyon manat (37,65%) və 32,446 milyon manat (24,7%) sığorta haqqı toplayıblar.

 

5 sığorta şirkəti bazarın 75%-nə, 10 şirkət isə 95%-ə yaxınına nəzarət edir. 

 

Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 6,567 milyon manatlıq (5%) göstərici ilə "İpək Yolu Sığorta" şirkəti, 4-cü yerdə 6,246 milyon manatlıq (4,8%) göstərici ilə "Atəşgah Həyat Sığorta" şirkəti, 5-ci yerdə isə 5,65 milyon manatlıq (4,3%) göstərici ilə "Meqa Sığorta" şirkəti qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 100,363 milyon manat təşkil edib ki, bu da bazarın 76,4%-i deməkdir.

 

21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Amrah Sığorta" (11 min manat), "Naxçıvan Sığorta" (45 min manat), "Bakı Sığorta" (120 min manat), "Rəvan Sığorta" (201 min manat) və "Günay Sığorta" (914 min manat) şirkətləridir. Bu şirkətlərin ümumi yığımları 1,291 milyon manat təşkil edib ki, bu da bazarın cəmi 1%-i deməkdir.

 

Qalan 13 sığorta şirkətinin yığımları isə 1-5,5 milyon manat arasında dəyişir və onların bazar payı 29,693 milyon manat və yaxud 22,6%-dir. 

 

Ödənişlərin 53%-ni 3 şirkət həyata keçirir

 

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyata keçirilmiş 40,488 milyon manatlıq sığorta ödənişlərinin 53,1%-i və yaxud 21,489 milyon manatı 3 sığorta şirkətinin payına düşüb. Bunlar "PAŞA Sığorta", "PAŞA Həyat Sığorta" və "Atəşgah Həyat Sığorta" şirkətləridir.

 

9 ay ərzində adları çəkilən sığortaçılar müvafiq olaraq 8,75 milyon manat (21,6%), 7,278 milyon manat (18%) və 5,461 milyon manat (13,5%) ödəniş ediblər.

 

21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (0 manat), "Amrah Sığorta" (9 min manat), "Rəvan Sığorta (52 min manat) və "Bakı Sığorta" (64 min manat) şirkətləridir. Bu şirkətlərin ümumi ödənişləri 125 min manat təşkil edib ki, bu da cəmi 0,3%-lik pay deməkdir.

 

Qalan 14 sığorta şirkətinin ödənişləri 18,874 milyon manat və yaxud bütün ödənişlərin 46,6%-i qədərdir. 

 

© Renkinq

27.03.2018 06:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ