Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İlham Əliyev Beynəlxalq Hospitalın açılışında!

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyev Beynəlxalq Hospitalın açılışında!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Martın 27-də Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

 

Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsib.

 

Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlətimizin başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat verdilər. Bildirildi ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış oldular.

 

Sonra dövlətimizin başçısı və birinci xanım hospitalın kollektivi ilə görüşüblər.

 

Qeyd edək ki, “Bona Dea International Hospital”  Mehdi Abbasov küçəsi 2 ünvanında (Sarı Gəlin şadlıq evinin yaxınlığı) yerləşir.

27.03.2018 09:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ