Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan və İran Xəzərdə yataqları birgə istismar edəcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və İran Xəzərdə yataqları birgə istismar edəcəklər

 Həsən Ruhani Azərbaycana səfəri zamanı müzakirə edəcəyi məsələləri açıqlayıb


 

Reklam_3_11

“Türkmənistan və Azərbaycana səfərim zamanı ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəm”.

 

Bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani martın 27-də Türkmənistan və Azərbaycana səfərə yola düşməmişdən əvvəl Tehran hava limanında keçirdiyi brifinqdə deyib.

 

O qeyd edib ki, səfər Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun rəsmi dəvətləri əsasında baş tutur: "İran hökumətinin əsas məqsədlərindən biri qonşu ölkələrlə yaxın əlaqələrin qurulmasıdır. Tranzit məsələsi və İranın cənub sularının Mərkəzi Asiya və Qafqaza birləşdirilməsi daim diqqət mərkəzində duran önəmli məsələlərdən biridir. Türkmənistan və Azərbaycan İranı Mərkəzi Asiya və Qafqazla birləşdirən ölkələrdir".

 

H.Ruhani bildirib ki, Rəşt dəmir yolunun Azərbaycanın Astara rayonundakı dəmir yolu xətti ilə birləşdirilməsi üzrə İran və Azərbaycanın birgə layihəsi də İranı Qafqaza, Rusiya və Avropaya birləşdirmiş olacaq. 

 

Onun sözlərinə görə, səfər zamanı İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolu və Xəzər dənizində neft və qaz yataqlarının birgə istismarı barədə iki ölkə arasında sənədlər imzalanacaq: "Türkmənistan və Azərbaycana səfərim çərçivəsində İran, Türkmənistan və Azərbaycanın iş adamları, sahibkarları, investorları və özəl sektor nümayəndələrinin birgə iclasları təşkil ediləcək və bu iclaslarda əməkdaşlıqların genişləndirilməsi yolları müzakirə olunacaq. İranın Türkmənistan və Azərbaycan ilə əlaqələri çox yaxşı səviyyədədir. Münasibətlərin daha  da inkişaf etdirilməsi və əməkdaşlıqların bütün sahələr üzrə genişləndirilməsi üçün böyük potensiallar mövcuddur”. 

 

© Report

27.03.2018 11:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ