Ən yuxarı statik reklam_3

ASA-nın Həyat Sığortası komitəsinin üzvləri təsdiqlənib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ASA-nın Həyat Sığortası komitəsinin üzvləri təsdiqlənib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Həyat sığortası komitəsinin görüşü baş tutub. 

 

Reklam_3_11

Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli və Birliyin nümayəndələri, həmçinin, komitənin üzvləri qismində həyat sığorta şirkətlərinin nümayəndələri iştirak edib.

 

Görüşdə Həyat Sığortası komitəsinə “Atəşgah Həyat” ASC, “Qala Həyat” ASC və “Paşa Həyat” ASC-dən müəyyən edilmiş üzvlərin təsdiqlənməsi və komitənin fəaliyyət istiqaməti ilə əlaqədar digər məsələlər müzakirə edilib. 

 

Həmçinin, həyat sığorta sahəsi üzrə müvafiq məsələlərin komitənin gündəliyinə əlavə edilməsi təklif edilib və mübahisəli hesab olunan hallar barədə fikir mübadiləsi aparılaraq tələb olunan hallarda müvafiq addımların atılması qərar alınıb.

 

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində Həyat sığortası komitəsi, Qeyri-həyat sığortası komitəsi və Hüquq komitəsinin yenidən təşkili və komitə üzvlərinin müəyyən edilməsi qərara alınmışdır.

27.03.2018 12:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ