Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AXA MBASK” zərər açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AXA MBASK” zərər açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AXA MBASK” Sığorta Şirkəti ASC 2017-ci ili 368 min manat zərər ilə başa vurub.

 

“Marja” Şirkətin hesabatlarına istinadən xəbər verir ki, ötən il “AXA MBASK”ın cəmi gəlirləri 27 milyon 339 min manat, cəmi xərcləri isə 27 milyon 707 min manat təşkil edib.

 

2016-cı ildə Şirkətin cəmi gəlirləri 25 milyon 760 min manat, cəmi xərcləri 25 milyon 256 min manat təşkil etmiş, təxminən 101 min manat mənfəət vergisi ödəmiş və həmin ili 403 min 705 manat zərər ilə başa vurmuşdu.

 

İllik müqayisədə, AXA MBASK”ın topladığı birbaşa sığorta haqları cüzi artaraq 21 milyon 88 min manatdan 21 milyon 728 min manata qalxsa da, sığorta ödənişləri daha kəskin - 9 milyon 775 min manatdan 12 milyon 333 min manata yüksəlib. 

 

ŞİRKƏT KİÇİLİB

 

2017-ci il ərzində "AXA MBASK" Sığorta Şirkətinin aktivləri 38 milyon 291 min manatdan 33 milyon 770 min manata düşüb.

 

ELXAN QƏRİBLİ “AXA MBASK”ı 100% ALIR


Xəbər verdiyimiz kimi, iş adamı Elxan Qəribli Fransanın “AXA” Sığorta Qrupunun Azərbaycandakı törəməsi “AXA MBASK” Sığorta Şirkəti ASC-nin 100% səhmlərini əldə edəcək. Tərəflər arasında ilkin razılaşma artıq imzalanıb.

27.03.2018 13:51

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ