Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sensodyne və Panadol-un sahibi olur - 13 MİLYARD DOLLARLIQ SATINALMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sensodyne və Panadol-un sahibi olur - 13 MİLYARD DOLLARLIQ SATINALMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniyanın dərman istehsalçısı GlaxoSmithKline (GSK), birgə sahib olduqları müəssisədə Novartis-in səhmlərini 13 milyard dollara satın alaraq bu şirkətlə ortaqlığını sona çatdırır.
 

"Marja" xəbər verir ki, beləliklə GSK, Sensodyne diş pastaları, Panadol baş ağrısı dərmanı, Voltaren əzələ və Nicotinell nikotin bantları kimi məhsulların yeganə sahibi olur.
 

Reseptsiz satılan bu məhsullar nisbətən daha az xalis gəlir gətirsə də, istehlakçılar arasında məlumatlanma yüksək olduğu üçün müntəzəm gəlir gətirir.
 

GSK və Novartis 2014-cü ildə bağladıqları müqavilə ilə istehlakçı tibbi məhsullarını birgə istehsal edirdilər. Novartis, birgə şirkətdə sahib olduğu 36.5 faiz səhmi GSK-ya bu ay satmaq hüququna malik idi.
 

GSK, ötən həftə ABŞ-ın dərman şirkəti Pfizer-in yenə reseptsiz istehlakçı məhsulları vahidini almağa çalışan şirkətlər arasında yer alırdı. Ancaq GSK, 20 milyard dollara qədər çıxa biləcəyi tenderə təklif verməkdən imtina etmişdi.
 

GSK səhmləri 4.5 faiz bahalaşaraq STOXX Avropa 600 səhiyyə indeksində 1.8 faiz artımdan daha yaxşı performans göstərib.
 

Satış əməliyyatının, lazımi razılıqların əldə olunandan sonra bu ilin ikinci rübündə reallaşması gözlənilir.

27.03.2018 14:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ