Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Slovakiya Uber-i qadağan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Slovakiya Uber-i qadağan etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Slovakiyada məhkəmə Uber-in ölkə miqyasında bütün əməliyyatlarını dayandırmasına qərar verdi.


 

Reklam_3_11

Dünyanın dörd bir yanından taksi sürücüləri Uber-ə qarşı hərəkətə keçir. Onlardan biri də məhkəmənin haqlı gördüyü Slovak taksiçilərdir.
 

"Marja" xəbər verir ki, Slovakiyada məhkəmə Uber-in ölkədəki bütün əməliyyatlarını dayandırmasına qərar verib.
 

Slovakiyanın paytaxtında lisenziyalı taksiçilər birliyi bu ilin əvvəlində Uber-i məhkəməyə vermişdi. Taksiçilər şirkətin işlətdiyi sürücülərin və avtomobillərin peşəkar taksi xidməti göstərmək üçün tələblərə cavab vermədiyini iddia etmişdilər.
 

Uber dünyada hüquqi problemlərlə boğuşur.
 

Avropa Birliyi Ədalət Məhkəməsi ötən ilin dekabr ayında Uber-in bir nəqliyyat şirkəti olaraq qəbul edilməsinə və digər taksi operatorları kimi tənzimlənməsi lazım olduğuna qərar vermişdi.
 

Ötən il İngiltərə isə Uber-in taksi xidməti göstərmək üçün tələbləri yerinə yetirmədiyi səbəbilə lisenziyasını ləğv etmişdi.

27.03.2018 15:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ