Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Şimali Koreya lideri Kim Jong-un Çinə səfər edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şimali Koreya lideri Kim Jong-un Çinə səfər edib

Şimali Koreya lideri Kim Jong-un prezidentliyi dövründə ilk xarici səfərini Çinə edib.

 

Reklam_3_11

O, Pekində Çin sədri Si Szinpinlə görüşüb.

 

Çinin mərkəzi televiziyasının çərşənbə günü yaydığı məlumata görə, KXDR liderinin səfəri 25-28 mart tarixlərində davam edib.

 

Çin sədrinin sözlərinə görə, Pekin, xalqlarının rifahının yaxşılaşdırılması, bölgədəki sülh və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə iki dövlətin qarşılıqlı maraqlarının qorunması və sülh naminə Pxenyanla əməkdaşlığın davamlı olaraq möhkəmləndirilməsini təmin edəcək.

 

Kim Çen In öz növbəsində bildirib ki, KXDR rəhbərliyi hər zaman Çinlə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə böyük diqqət yetirir.

 

"Çinlə dostluğun inkişafı bizim seçimdir və heç bir şey onu dəyişə bilməz", - deyə KXDR lideri bildirib. 

 

Şimali Koreya lideri Kim Jong-un, "Cənubi Koreya və ABŞ bizim yaxşı niyyətli səylərimizə qarşılıq verərsə, Koreya Yarımadasının nüvə problemi həll oluna bilər",- deyib. O, Cənubi Koreya və ABŞ liderləri ilə görüşərək dialoq qurmağa hazır olduğunu dilə gətirib.

 

Kim Çin səfəri zamanı Şi ilə ikitərəfli əlaqələri, Koreya Yarımadasındakı prosesləri, Şimali Koreyanın Cənubi Koreya və ABŞ ilə ayrı-ayrılıqda təşkil edəcəyi liderlər zirvəsinə dair məsələləri müzakirə edib. 

 

Kimin bu yaz ABŞ Prezidenti Donald Tramp ilə görüşəcəyi gözlənilir.

28.03.2018 04:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ