Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda siqaret çəkən qadınların statistikası açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda siqaret çəkən qadınların statistikası açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ümumdünya Səhiyyə Təşkilatının xüsusi metodologiyası əsasında ötən il ərzində keçirilən araşdırmanın nəticələrinə görə, ölkədəki 13-15 yaşlı yeniyetmələrin 10,3%-i, əsasən oğlanlar nə vaxtsa siqaret çəkib və onların 32,6%-i 10 yaşadək bunu edib.

 

Reklam_3_11

Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri müavini Tofiq Musayev "Azərbaycanda tütünlə mübarizə qanunvericilyinin gücləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada deyib.

 

T.Musayev əlavə edib ki, hazırda 13-15 yaşlı uşaqların 7,3 faizi bu və ya digər formada tütün məmulatından istifadə edirlər. Araşdırmaların nəticələrinə görə, 13-15 yaşlıların 28,8%-i evdə, 40,8% -i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalırlar. Siqaret çəkməyənlərin 8 faizi növbəti il ərzində siqaret çəkməyə başlaya bilər.

 

T.Musayevin sözlərinə görə, siqaret çəkən yeniyetmələrin 19 faizi elə hesab edir ki, siqaret çəkənin daha çox dostu olur, 29,2 faizi isə elə fikirləşir ki, siqaret çəkənlər daha çəlbedici görünür.

 

T.Musayev qeyd edib ki, ümumilikdə Azərbaycanda yaşı 15-dən çox olan kişilərin 36-%-i siqaret çəkir. Siqaret çəkən qadınların sayı isə heç 1%-ə çatmır. Araşdırmaların nəticələrinə görə, kişilərin 77%-i ictimai yerlərdə, qadınların 41%-i evdə tütün tüstüsünün təsirinə məruz qalırlar: "Siqaret çəkənlərin 40% -i siqareti evdə çəkməklə ailə üzvlərinə təhlükə törədir. Qeyd edim ki, ağciyər xərçəngindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də tütün çəkmə risk amili mövcuddur”.

 

© Trend

30.01.2017 08:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ