Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qazaxıstandan Azərbaycana yükdaşımalar artırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstandan Azərbaycana yükdaşımalar artırılacaq

Qazaxıstanın “KTZ Express” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Sanjar Yelyubayev tranzit-nəqliyyat potensialının reallaşdırılması və Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı çərçivəsində aparılan islahatlar barədə danışarkən Kurık limanı vasitəsilə 26 milyon ton yükdaşımaların həyata keçirilməsinin mümkün olduğunu deyib.

 

Reklam_3_11

“Tərəfdaşlarımız olan “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə daşıma sistemi texnologiyası demək olar ki, tam şəkildə hazırlanıb”, - deyə o bildirib.

 

Qazaxıstanın yeni pilot layihəyə keçdiyini qeyd edən Sanjar Yelyubayev bərələrdən deyil, konteynerləri daşıyan gəmilərdən istifadə olunacağını söyləyib. O deyib ki, cari ildə Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana, oradan da Avropaya tranzit yüklərin daşınmasının ikiqat artacağı gözlənilir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə müxtəlif istiqamətlərdə bir milyon tonadək yük daşınması qarşıda duran başlıca vəzifələrdən biridir.

 

Sanjar Yelyubayev Qazaxıstanın 2020-ci ilədək Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə Avropa ilə Asiya arasında yüklərin daşınmasında tranzit habına çevriləcəyini və 2020-ci ildə daşınmaların 5 dəfə artacağının gözlənildiyi bildirib.

 

© Azərtac

28.03.2018 05:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ