Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Synergy Group"un icraçı direktoruna müavin təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Synergy Group"un icraçı direktoruna müavin təyin edilib

Tahir Məcidov Azərbaycanın ən sürətlə inkişaf edən investisiya qruplarından olan "Synergy Group" MMC-nin icraçı direktorunun müavini təyin edilib.  "Marja" xəbər verir ki, bu barədə şirkətlər qrupunun saytında bildirilir.

 

"Tahir Məcidov  2018-ci ilin mart ayında “Synergy Group” MMC-nin İcraçı direktorun müavini vəzifəsinə təyin edilmişdir",- qeyd edilib.

 

Tahir Məcidov əmək fəaliyyətinə 2003-cü ildən Yanacaq və Energetika Nazirliyində başlamışdır. Sonradan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Məhsullarının Satışı şöbəsində fəaliyyətinə davam etmiş, daha sonra isə  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şahdəniz layihəsində çalışmışdır.

 

2011-ci ildən etibarən Vergilər Nazirliyində fəaliyyətinə başlamış  və müxtəlif vaxtlarda Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin, Vergi Auditi Departamentinin və Milli Gəlirlər Departamentinin rəis müavini vəzifələrində çalışmışdır.

 

Tahir Məcidov  2011-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını “İnzibati İdarəetmə” istiqamətinə daxil olan “Gömrük ekspertizası” ixtisası üzrə, 2011-ci ildə isə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə bitirmişdir.

28.03.2018 05:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ