Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yanvarın 31-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

 

Reklam_3_11

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

 

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 31-i, fevralın 01-də Abşeron yarımadasında xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün çox əlverişsizdir.

 

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, yanvarın 31-dən, fevralın 02-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın minimal temperaturu 1-5° şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında hava şəraiti yanvarın 31-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 

Xəbərdarlığa görə, fevralın 02-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

30.01.2017 10:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ