Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Palatanın elan etdiyi tenderin qalibi oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatanın elan etdiyi tenderin qalibi oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet”, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının elan etdiyi “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin aparılmasının proqram təminatının hazırlanması üzrə tenderin qalibi olub. Bu barədə "Marja"ya şirkətdən bildirilib.


Daşınar əmlakın yüklülüyünün dövlət reyestri kiçik və orta sahibkarlara daşınar əmlaklarını girov təminatı kimi göstərərək banklardan kredit almaq imkanı yaradır. Reyestrin əsas fəaliyyət prinsipləri dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyü bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmini, yüklü əmlakın təkrar istifadəsi, onlar üzərində hüquqların məhdudlaşdırılması, yüklü əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılmasıdır. Reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxslərin daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarından vəsaitlər cəlb edilməsini stimullaşdıracaq. Bu da nəticədə maliyyəyə əlçatanlıqimkanlarını genişləndirəcək.


"Layihə çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və "Cybernet" şirkətinin nümayəndələri beynəlxalq təcrübə mübadiləsi əsasında ən müasir nümunələr üzrə araşdırmalar aparmışlar",- məlumatda deyilir.


2004-cü ildən fəaliyyətdə olan “Cybernet” şirkəti Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər ölkələrdə İKT xidmətləri və texniki həllər üzrə xidmət göstərir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlanmasında, o cümlədən Azərbaycanda elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir.

28.03.2018 08:05

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ