Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank depozit hərracının şərtini dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank depozit hərracının şərtini dəyişdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Depozit müddəti 14 gündən 20 günə qaldırldı.


 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcəkdir.

 

"Marja" xəbər verir ki, 29 mart 2018-ci il tarixində keçiriləcək hərrac ilə 250 milyon manat cəlb edilməsi nəzərdə tutulur.

 

Müddət 20 gün, faiz dərəcəsi: 8,01% – 12,99% aralığında müəyyən olunub.

 

Bundan əvvəlki hərraclarda müddət 13-14 gün təşkil edirdi. Qısası, bankların pulları daha uzun müddətdə Mərkəzi Bankda qalacaq, lakin eyni nisbətlərdə gəlir əldə edəcəklər. Müddətin artırılması, şərtlərin banklar üçün bir qədər sərfəsiz olması deməkdir.

 

İqtisadçı Samir Əliyev hesab edir ki, hazırkı şərtlər belə bir sıra banklar üçün sərfəlidir. Kreditləşməyə maraqlı olmayan banklar az da olsa daha etibarlı qazanc mənbəyinə üz tuturlar: "Milli valyutanın sabitliyi fonunda hərraclara tələb yüksək olaraq qalacaq və yeni rekordun olmasını da gözəmək olar. Ona görə də Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirməli (məsələn, 6%-ə), depozitin müddətini isə artırmalıdır (14 gündən 1 aya)".

 

Xəbər verdiyimiz kimi, 27.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 972,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbəği də cəlb edib.


19.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 9,98 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Mərkəzi Bank 250 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib.

 
12.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 131,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Hərrac ilə 200 milyon manat cəlb edilib.


05.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 133,3 milyon manat (rekord), hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Mərkəzi Bank 250 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi.

 

Tələbin böyük olması banklarda likvidliyin yüksək olduğuna işarədir. Banklar nağd vəsaitlərini real sektora ötürməkdə çətinlik çəkirlər.

28.03.2018 10:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ