Həsən Ruhani Azərbaycandadır - SƏFƏR BAŞLADI

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb.


Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb

 

H.Ruhanini Azərbaycanın rəsmi şəxsləri və Bakıdakı İran diplomatları qarşılayıb.

 

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

 

H.Ruhani Azərbaycan rəhbərliyi ilə görüşəcək və ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.

 

Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

 

Səfər çərçivəsində İran nümayəndə heyəti Neftçalada maşınqayırma zavodunun açılışında iştirak edəcək.

28 Mart 2018 , 12:40   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin