Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Naxçıvan Avtomobil Zavodu istehsalı bərpa edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvan Avtomobil Zavodu istehsalı bərpa edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin İyul ayından bəri istehsalın dayandığı Naxçıvan Avtomobil Zavodunda Mart ayında montaj bərpa edilib.

 

Reklam_3_11

"Marja"nın əldə etdiyi məlumata görə, istehsal Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin sifarişi hesabına təmin edilib. Sifarişə əsasən NAZ-LIFAN LF330 modeli yığılır. Nazirlik tərəfindən avtomobillər dövlət büdcəsi hesabına alınaraq əlillərə hədiyyə olunur. 

 

Mənbə "Marja"ya bildirib ki, sifarişlərin davamlı olacağı gözlənilir.


Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilib. Bu avtomobillər ötən ilin İyul ayınadək istehsal olunmuşdur.

 

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmamışdır.

 

01.03.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 106 ədəd təşkil edib. 01.01.2018-ci il tarixində hazır məhsul ehtiyatı 116 ədəd, 01.02.2018-ci il vəziyyətinə isə 115 ədəd idi.


Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

28.03.2018 13:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ