Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

OPEC+ sazişini 6 ay uzatmağı təklif edirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC+ sazişini 6 ay uzatmağı təklif edirlər

Neft hasilatının məhdudlaşdırılması barədə OPEC+ sazişinin üzvü olan bəzi ölkələr bu sazişin müddətini yarım il uzatmağı təklif edirlər.

 

Reklam_3_11

“Reuters” agentliyi xəbər verir ki, bu barədə İraqın neft naziri Cabbar əl-Layibi bəyan edib. Nazir deyib: “Neft ixrac edən ölkələrin bəziləri neft hasilatının məhdudlaşdırılması barədə OPEC və OPEC-ə üzv olmayan ölkələr arasında bağlanmış sazişin müddətini yarım il uzatmağı təklif edirlər”. Nazir məhz hansı ölkələrin bu təkliflə çıxış etdiyini dəqiqləşdirməyib.

 

OPEС 2016-cı il noyabrın 30-da Vyanada neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə neft hasilatının oktyabr ayında olan səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması barədə razılığa gəlib. OPEС-ə daxil olmayan 11 ölkə 2016-cı il dekabrın 10-da öz hasilatlarının ümumilikdə 558 min barrel, o cümlədən Azərbaycan gün ərzində 35 min barrel azaldılması barədə saziş imzalayıblar. 2017-ci il mayın 25-də isə OPEС-in Nazirlər Şurasının 172-ci iclası çərçivəsində üzv ölkələr və sazişə daxil olmayan ölkələr neft hasilatının məhdudlaşdırılmasının 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılığa gəliblər. OPEС-ə üzv ölkələr və sazişə daxil olmayan ölkələrin 2017-ci il noyabrın 30-da OPEС Nazirlər Şurasının 173-cü iclası çərçivəsində keçirilən üçüncü görüşündə neft hasilatının məhdudlaşdırılması barədə sazişin müddətinin 2018-ci ilin sonunadək uzadılması barədə qərar qəbul edilib. OPEС üzvü və OPEС-ə üzv olmayan ölkələrin bu razılaşmasına Azərbaycan da qoşulub. Ölkəmiz bununla əlaqədar, ötən il və cari ilin iki ayı ərzində bütün öhdəlikləri yerinə yetirib.

 

© Azərtac

28.03.2018 14:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ