Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Sığorta”nın qazancı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Sığorta”nın qazancı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“PAŞA Sığorta” ASC 2017-ci ili 13 milyon 94 min manat xalis mənfəət ilə başa vurub. Halbuki şirkət, 2016-cı ili 19 milyon 386 min manat xalis mənfəət ilə bağlamışdı (32,5% azalma).

 

Reklam_3_11

“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “PAŞA Sığorta”nın cəmi gəlirləri 111 milyon 697 min manat, cəmi xərcləri 95 milyon 202 min manat təşkil edib. Şirkət 16 milyon 494 min manat maliyyə mənfəətindən 3 milyon 400 min manat mənfəət vergisi ödəyib.

 

2016-cı ildə “PAŞA Sığorta”nın cəmi gəlirləri 104 milyon 643 min manat, cəmi xərcləri isə 80 milyon 983 min manat təşkil etmişdi. 23 milyon 659 min manatlıq maliyyə mənfəətindən 4 milyon 272 min manat mənfəət vergisi ödənmişdi.

 

İllik müqayisədə, “PAŞA Sığorta”nın topladığı sığorta haqları 98 milyon 199 min manatdan 104 milyon 911 min manata yüskəlib. Sığorta ödənişləri isə 47 milyon 738 min manatdan 44 milyon 990 min manata düşüb.

 

31 Dekabr 2017-ci il tarixində “PAŞA Sığorta” 153 milyon 36 min manat cəmi aktivlərə, 66 milyon 152 min manat cəmi kapitala və 86 milyon 883 min manat cəmi öhdəliklərə malik olub. Şirkət 2016-cı ilin sonunda 132 milyon 640 min manat cəmi aktivlərə, 72 milyon 41 min manat cəmi kapitala və 60 milyon 598 min manat cəmi öhdəliklərə malik idi.

29.03.2018 05:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ