Mobil manşet üstü reklam-3_21

“Azercell”: Bədbəxt hadisədə adımızın hallanması doğru deyil

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azercell”: Bədbəxt hadisədə adımızın hallanması doğru deyil

Yardımlı rayonunun Zevin kəndində qeydə alınan və 1975-ci il təvəllüdlü mühəndis Quliyev Xasay Ağakərim oğlununun ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

 

Bu gün mətbuatda çıxan xəbərə görə,  Xasay Quliyev “Azercell” MMC-yə məxsus transformatorda təmir işləri aparırmış. “Azercell” MMC-yə məxsus transformatorda təmir işləri aparan mühəndis, 1975-ci il təvəllüdlü Quliyev Xasay Ağakərim oğlunu elektrik cərəyanı vuraraq öldürüb. X.Quliyev “Loginet” şirkətinin əməkdaşı olub.

 

 “Azercell Telekom” MMC-nin rəsmi açıqlama yayaraq bəyan edib ki, yazılanlar yanlışdır.

 

“Azercell Telekom” MMC olaraq rəsmi şəkildə bildiririk ki, hadisə “Azercell Telekom” MMC-yə aid avadanlıqlar olan ərazidə baş verməyib və ümumiyyətlə həmin ərazidə tərəfimizdən hər hansı təmir işləri aparılmayıb. Bundan başqa “Loginet” MMC və yaxud Quliyev Xasay Ağakərim oğlu ilə “Azercell Telekom” MMC arasında əməkdaşlıq münasibətləri mövcud  deyil, “Loginet” MMC “Azercell Telekom” MMC üçün heç bir xidmətin yerinə yetirilməsinə cəlb olunmayıb. Əlavə olaraq qeyd edək ki, 25.03.2018-ci il tarixdən bu günə qədər qeyd olunan sahədə “Azercell Telekom” MMC-yə məxsus radio baza stansiyanın fəaliyyəti generator vasitəsilə təmin edilib". 

29.03.2018 15:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ