Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank depozit hərracı elan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank depozit hərracı elan etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcəkdir.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, 02 Aprel 2018-ci il tarixində keçiriləcək hərrac ilə 250 milyon manat cəlb edilməsi nəzərdə tutulur.

 

Müddət 14 gün, faiz dərəcəsi: 8,01% – 12,99% aralığında müəyyən olunub.

 

Xəbər verdiyimiz kimi, 29.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 706,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Mərkəzi Bank 250 milyon manat cəlb edəcəyini bəyan etmişdi və bu məbləği də cəlb edib.

 

27.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 972,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbəği də cəlb edib.


19.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 9,98 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Mərkəzi Bank 250 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib.

 
12.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 131,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Hərrac ilə 200 milyon manat cəlb edilib.


05.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 133,3 milyon manat (rekord), hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Mərkəzi Bank 250 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi.

 

Tələbin böyük olması banklarda likvidliyin yüksək olduğuna işarədir. Banklar nağd vəsaitlərini real sektora ötürməkdə çətinlik çəkirlər.

29.03.2018 15:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ