Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Rövnəq Abdullayev Ankarada iclas keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rövnəq Abdullayev Ankarada iclas keçirib

TANAP boru kəmərinin Türkiyəyə qədər olan hissəsinin 99 fazi tamalanmışdır 


                               
                               
Martın 29-da Ankarada TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilmişdir.


İclasda artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə İdarə heyəti üzvlərinə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, Türkiyənin Əskişəhər bölgəsinə qədər olan birinci faza üzrə işlərin təqribən 99%-i yekunlaşmışdır. Avropaya qədər olan işlərin isə təqribən 80%-i həyata keçirilmişdir. Ümumilikdə layihə üzrə işlərin 93%-dən çoxu tamamlanmışdır. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqlik və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir. 

 

TANAP-ın idarə heyətinin sədri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Cari ilin ikinci yarısından etibarən əvvəlcədən planlaşdırıldığı kimi TANAP-la 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ixrac olunacaqdır. Tikinti işlərinin qrafikə uyğun olaraq vaxtında və yüksək keyfiyyətlə tamamlanması üçün bütün tərəflər üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər”. 

 

Xatırladaq ki, 2015-ci ildə təməli qoyulan 1850 kilometrlik TANAP vasitəsi ilə başlanğıcda ildə 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ötürüləcək, 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaqdır. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 mlrd. kubmetrə çatdırıla bilər.

 

Layihədə Azərbaycan 58, BOTAŞ 30 və BP isə 12 faiz paya malikdir. 

29.03.2018 16:51

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ