Neft Fondu manatdakı vəsaitlərini Mərkəzi Banka yatırıb
Dövlət Neft Fondu (DNF) valyuta hərracında əldə etdiyi manat kütləsinin bir hissəsini dövlət büdcəsinə trensfer etsədə, yenə də milyardlarla manat ehtiyatına sahibdir. 9 dekabr 2016-cı il tarixinə olan məlumata görə, DNF tərəfindən dövlət büdcəsinə 5,26 mlrd. manat vəsait transfert edilib.
Bu ilin 11 ayında Fond ümumilikdə hərraca 4 milyard 635 milyon dollar çıxarıb. Cari ildə dolların məzənnəsinin daima dəyişdiyini nəzərə alsaq, təxminən orta məzənnə kursunu 1,6 manatdan götürək. Bu isə 7 milyard 360 milyon manat kütləsi deməkdir. Bu məbləğin 5,6 milyardının da dövlət büdcəsinə transfert olduğunu nəzərə alsaq, belə çıxır ki, hazırda Fond 1 milyrad 760 milyon ehtiyat manat kütləsinə sahibdir. Ekspertlər isə Fondun sərəncamında olan manatın daha çox 2-2,5 milyard manat olduğunu bildirirlər. Bəs, bu qədər manat kütləsini Fond harda, hansı şərtlərlə saxlayır?
DNF bildirib ki, manatla olan vəsaiti Fondun Azərbaycan Respublikası Mərkəzi Bankındakı manat hesabında, illik 4,99% ilə saxlanılır.
Qeyd edək ki, Fondun 2016-cı il üzrə büdcə qarşısında öhdəlikləri 7 milyard manat təşkil edir.
© Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 d. əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb
-
29 d. əvvəl
Azərbaycanda müştərilərə kredit ayrılması prosesi psixoloji testlərdən keçiriləcək
- 38 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AQTA “ekspertlər” barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək
- 2 saat əvvəl