Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Unibank istiqraz sahiblərinə ilk faizləri ödəyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Unibank istiqraz sahiblərinə ilk faizləri ödəyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Unibank” KB ASC istiqraz sahiblərinə ilk faizlərini ödəyib.  Bu barədə Bankın yaydığı məlumatda deyilir.

 

Unibank-ın tədavülə buraxdığı hər birinin nominal dəyəri 10  min dollar, ümümi dəyəri 10 milyon dollar olan 1000 ədəd faizli, sənədsiz, adlı təmin edilməyən istiqraz, 28 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında keçirilən hərrac zamanı yerləşdirilmişdi. Emissiya prospektinin şərtlərinə görə, faiz gəlirləri istiqraz sahiblərinə hər 90 gündən bir ödənilir.

 

Qeyd edək ki, Unibank istiqrazları hazırda bazarda dollar valyutasında ən yüksək gəlirliliyi olan istiqrazlardandır. İllik 6% gəlirliliyə malik istiqrazların tədavül müddəti 6 ildir və istiqraz sahibləri müddətin sonunadək 24 dəfə faiz götürə biləcəklər.

 

Bu istiqrazların uğurla yerləşdirilməsi bankın törəmə şirkəti olan Unicapital İnvestisiya şirkəti tərəfindən həyata keçirilib.

 

Məqsəd açıq maliyyə bazarından vəsaitin cəlb edilməsi ilə yanaşı, Unibankın Azərbaycan qiymətli kağızlar bazarının inkişafına dəstəyini daha da gücləndirməkdir. İstiqrazların satışından əldə edilən vəsait Unibank tərəfindən ixrac potensiallı qeyri-neft iqtisadiyyatı sahələrinin maliyyələşdirilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilir.

30.03.2018 09:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ