Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Gəmilər səfərlərini müvəqqəti dayandırıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gəmilər səfərlərini müvəqqəti dayandırıb"

Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görüb.

 

QSC-nin Mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib ki, bununla bağlı dənizçilərə xəbərdarlıq edilib.

 

Təhlükəsizliyin təmin olunması üçün hazırda səfərdə olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC -yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıblar. Onlar sığınacaqlarda lövbərdə gözləmə mövqeyindədirlər. Hava şəraiti düzəldikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq.

 

© APA

30.03.2018 09:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ