Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Tesla 123 min avtomobilini geri çağırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tesla 123 min avtomobilini geri çağırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla, 123 min avtomobilini geri çağırdığını açıqlayıb.
 

"Marja" xəbr verir ki, Tesla-dan müştərilərinə göndərilən açıqlamada, şirkətin Model S adlı avtomobilində müşahidə edilən sükan problemi səbəbilə, 2016-cı ilin Aprel ayından əvvəl istehsal edilən bütün Model S vasitələrin geri çağırdığı bildirilib.
 

Reklam_3_11

Soyuq hava şərtlərində duzlanan yollardakı kalsium və maqneziumun Model S avtomobilinin sükan bolt dişlərində aşınmaya səbəb olduğu qeyd edilən bəyanatda, bunun aşağı sürətlərdə sürüş və park anında sürücünü çətinliyə sala biləcəyi qeyd edilib.
 

Sözügedən problem ucbatından heç bir Tesla maşınında bu günə qədər hər hansı bir qəza və ya yaralanma görülmədiyi bildirilən açıqlamada, Tesla-nın müştərilər ilə əlaqəyə keçərək lazımi hissə dəyişikliyini həyata keçirəcəyi vurğulanıb.
 
 DAHA ÖNCƏ 140 MİNDƏN ÇOX AVTOMOBİLİNİ GERİ ÇAĞIRMIŞDI
 

Açıqlamanın ardından, Tesla-nın Nyu-York Birjasında dövriyyədə olan səhminin dəyəri 266,13 dollardan 255,55 dollara qədər geriləyərək 4% azalma qeyd edib.
 

Tesla daha əvvəl də müxtəlif səbəblərlə 140 mindən çox avtomobilini geri çağırdığını bildirmişdi.
 

Şirkət, keçən il əl tormozunda bir problem səbəbilə 53 min Model S və Model X vasitəni, 2015-ci ildə isə təhlükəsizlik kəmərindəki bir problem səbəbilə 90 min Model S avtomobilini geri çağırmışdı.

30.03.2018 10:01

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ